“Dendrologiya bağı” PHŞ-nin mütəxəssisləri yeni növlərin introduksiyası işini həyata keçirirlər
“Dendrologiya bağı” publik hüquqi şəxsin (PHŞ) "Ekologiya və iqlimləşdirmə" laboratoriyasının əməkdaşları toxum mübadiləsi nəticəsində əldə edilmiş yeni növlər üzərində tədqiqat işləri yerinə yetirirlər.
May ayının ilk ongünlüyündə qapalı şəraitdə səpini edilmiş növlərin morfoloji və fizioloji xüsusiyyətləri araşdırılmışdır.
18 iyul 2024-cü il tarixində bitki fərdləri yeni dibçəklərə köçürülmüş və açıq sahədə yerləşdirilmişdir. Mütəxəssislər tərəfindən tədqiqat işləri davam etdirilir.
Şərhini yaz