"Dendrologiya Bağı" PHŞ-nin əməkdaşları ADA Universitetində keçirilən təlimdə iştirak edib
“ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıqda Yaşıl İqlim Fondu (GCF) tərəfindən maliyyələşdirilən “Azərbaycanda uyğunlaşmanın planlaşdırılması və həyata keçirilməsi üçün Milli Adaptasiya Planının (MFP) dəstəklənməsi” üzrə layihənin icrasına başlayıb.
Layihə həm milli, həm də yerli səviyyədə effektiv uyğunlaşma prosesi üçün bir sıra tədbirlər və fəaliyyətlər həyata keçirir.
Layihənin əsas istiqamətlərindən biri də təlimlər vasitəsilə kənd təsərrüfatı və su sektorlarında iqlimə davamlılıq və uyğunlaşma potensialını artırmaqdır.
Bu məqsədlə 23 iyul 2024-cü il tarixindən 1 avqust 2024-cü il tarixədək 200-ə yaxın dövlət qulluqçusu, QHT nümayəndəsi, 40-a yaxın təşkilatın tədqiqatçısı müxtəlif mövzularda təlimə cəlb olunub.
Təlim proqramı Azərbaycanda CCA təsirləri və əsas problemlər, İqlimə Dayanıqlılıq üçün su ehtiyatlarının idarə edilməsi, İnklüziv iqlimə uyğunlaşma təşəbbüsləri strategiyaları, İqlim maliyyəsi kimi mövzuları əhatə edib.
Təlimdə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı” Publik Hüquqi Şəxsin əməkdaşları Elman Cəfərli, Şəbnəm Əşrəfova və Aybəniz Hacıyeva da iştirak ediblər.
Təlimi müvəffəqiyyətlə başa vurmuş əməkdaşlar sertifikata layiq görülmüşdür.