"Dendrologiya Bağı" publik hüquqi şəxsin texniki heyəti Qubada istirahət edib
İsti yay günlərində həftəlik iş rejiminin yorğunluğunu çıxarmaq üçün ən yaxşı vasitə canlı təbiət qoynunda, dəniz sahilində gəzinti və istirahətdir.
"Dendrologiya Bağı" publik hüquqi şəxsin (PHŞ) rəhbərliyi hər zaman kollektivdə çalışan əməkdaşların asudə vaxtının səmərəli təşkilinə böyük önəm verib.
“Dendrologiya Bağı” PHŞ-nin texniki heyəti avqustun 4-də istirahət məqsədi ilə Quba rayonunda gəzintidə oldu.
Bir günlük tur çərçivəsində iştirakçılar rayonun gəzməli yerlərinə baş çəkib, gözəl və könül oxşayan təbiət mənzərələrini seyr edib, fotolar çəkdiriblər.
Həmçinin piknik üçün ayrılmış məkanda tur iştirakçıları üçün süfrə açılıb.
Əməkdaşlar onların istirahəti üçün yaradılmış şəraitdən razılıqlarını ifadə ediblər.
Şərhini yaz