“Dendrologiya Bağı” publik hüquqi şəxsin mütəxəssisi sertifikata layiq görülüb
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Xəzər Gənclər evi, Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Vətəndaşların, gənclərin, yol hərəkət iştirakçılarının şəhər mobilliyində rolu" adlı təlim keçirilmişdir.
Təlimdə 40-dan çox rəsmi nümayəndə (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi-AYNA, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi-AAYDA, Azərbaycan Dəmir Yolları-ADY) eləcə də “Dendrologiya Bağı” publik hüquqi şəxsin “Ekologiya və İqlimləşdirmə” laboratoriyasının əməkdaşı Lalə Nəsirli də iştirak etmişdir.
Təlimçilər ekoloji cəhətdən təmiz şəhər mühiti yaratmaq üçün Dayanıqlı Şəhər Mobillik Planının hazırlanmasının vacibliyi, əlçatanlığı və ictimai nəqliyyata üstünlük verilməsi zərurəti və s. barədə məlumatlandırılmışlar.
14-15 avqust 2024-cü il tarixlərində davam edən təlimi müvəffəqiyyətlə başa vurmuş iştirakçılara Arzu Süleymanov və Xəqani Tağıyev tərəfindən sertifikat təqdim edilmişdir.