Dendrologiya bağında 27 sentyabr-Anım günü qeyd edilib

27 sentyabr müasir tariximizin ən önəmli günlərindən biridir. 2020-ci ilin həmin günündə Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi ilə nəticələnmiş 44 günlük Vətən müharibəsi başlayıb.

44 günlük Vətən müharibəsi nəticəsində Ermənistan ordusunun işğalı altında olan ərazilərimiz azad edilib.

Azərbaycan Repsublikasının prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd edilir.

Sentyabrın 27-də Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsin (PHŞ) inzibati binasında şəhidləri anma tədbiri keçirilib. Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən “Dendrologiya bağı” publik hüquqi şəxsin (PHŞ) Hüquq, kadr, informasiya və sənədlərlə iş şöbəsinin aparıcı məsləhətçisi Elman Cəfərli Vətən müharibəsinin tarixi əhəmiyyəti haqqında məlumat verib. O, bildirib ki, müzəffər ali baş komandan, prezident İlham Əliyevin rəhbərliyi ilə silahlı qüvvələrimiz 44 gündə tarix yazdı, hərbi dərsliklərə düşəcək uğurlu əməliyyatlarla düşmənin mövqelərini yardı, Ermənistan ordusunu darmadağın etdi: “Qısa müddətdə keçilməz sayılan “Ohanyan səddi” yarıldı, pilotsuz uçan aparatların, artilleriyanın dəqiq nöqtə atışları ilə erməni ordusunun hissələri məhv edildi.

Azərbaycan ordusu  27 ildən sonra Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarını düşmən tapdağından azad etdi. Noyabrın 10-da Ermənistan kapitulasiya aktı imzalamağa məcbur oldu”.

E.Cəfərli bildirib ki, Azərbaycan prezidentinin apardığı çevik diplomatiya, onun sərkərdəlik bacarığı, ordumuzun dəqiq zərbələri Azərbaycan işğala son qoydu, ərazi bütövlüyümüz bərpa edildi. Bu gün Azərbaycan xalqının hər bir fərdi dünyanın istənilən ölkəsində qürurla gəzir. Çünki biz qalib xalqın nümayəndələriyik. Bunu isə şəhidlərimizə və qaziləriməz borcluyuq.

Allah əziz şəhidlərimizə rəhmət eləsin!

 

 

Şərhini yaz