“Dendrologiya bağı”nın əməkdaşı COP29 könüllüləri üçün keçirilən təlimlərə qatılıb
Oktyabrın 1-də COP29 Əməliyyat şirkətinin təşkilatçılığı ilə könüllülər üçün təlim keçirilib.
İştirakçılara “COP29 tədbirində inklüzivliyi təmin etmək üçün zəruri olan müyəssərlik qaydaları”, “COP29 və bu layihədəki inklüzivlik məqsədləri”, “Ətraf mühitin dayanıqlılığı və iqlim dəyişikliyi ilə mübarizə sahəsində qlobal səylər”, “Sosial davamlılığın əsas anlayışları və elementləri” mövzularında zəruri məlumatlar verilib.
Həmçinin davamlı inkişafa sosial faktorların göstərdiyi təsirlərlə bağlı nəzəri biliklər və təcrübələr paylaşılıb.
Təlimdə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsin əməkdaşı Oqtay Aslanov da iştirak edib.
Şərhini yaz