“Dendrologiya bağı”nın əməkdaşı “GreenTech Karabakh” hakatonunun qalibi olub
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qarabağın Tərəqqisi Naminə İctimai Birliyinin həyata keçirdiyi hakaton başa çatıb.
5-6 oktyabr 2024-cü il tarixində keçirilən hakatonda Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsin əməkdaşı Nicat Yarov da iştirak edib.
“GreenTech Karabakh” hakatonunda qaliblərdən biri olan Nicat Yarov Qarabağın Tərəqqisi Naminə İctimai Birliyi tərəfindən mükafata layiq görülüb.
Qeyd edək ki, qalib komandaların məhsulları COP29-da yaşıl zonada nümayiş olunacaq.
Şərhini yaz