COP29-da Yaşıl Bölgə ilə bağlı informasiya sessiyası təşkil olunub
2024-cü ilin oktyabrın 9-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən QHT-lər üçün COP29-da Yaşıl Bölgə ilə əlaqədar informasiya sessiyası keçirilib.
Sessiyada COP29 Təşkilat Komitəsinin üzvü, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf, Ekologiya və Təbii Sərvətlər nazirinin müşaviri, COP29 Azərbaycan Əməliyyat Şirkətinin proqramlaşdırma komitəsinin sədri Rüstəm Həsənov və digər məsul şəxslər iştirak edib. İnformasiya sessiyasında 50-dən artıq QHT nümayəndəsi iştirak edib.
Görüşdə Yaşıl Bölgədə iştirak edən QHT-lər üçün yaradılan imkanlar mövzusunda məlumatlar verilib, QHT-lərin sualları cavablandırılıb.
Tədbirdə “Dendrologiya bağı” publik hüquqi şəxsin əməkdaşı, “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli də iştirak edib.