“Dendrologiya bağı”nda bitkilərə aqrotexniki qulluq və təmizlik işləri aparılıb

Bakı şəhəri İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı”nın ərazisində bitkilərə aqrotexniki qulluq və təmizlik işləri davam etdirilir.
Oktyabrın 18-də bağ ərazisində geniş miqyaslı təmizlik işləri həyata keçirilib. 

Tədqiqat sahələrində tullantılar ərazidən uzaqlaşdırılıb, ağac və kol bitkilərinin dibi yumşaldılıb, bitkilərin suvarılması işləri həyata keçirilib.
Bitkilər zərərvericilərə qarşı dərmanlanıb, alaq otları təmizlənib. 

Mövsümə uyğun olaraq ağaclar budanıb, bağ ərazisində torpaqların münbitliyinin artırılması, yaşıllıq sahələrinin qorunub saxlanılması işləri davam etdirilir.

Şərhini yaz