“Dendrologiya Bağı” PHŞ-nin mütəxəssisləri Mərdəkan qəsəbəsində şam ağaclarının mövcud vəziyyəti haqqında monitorinq aparıblar
Hal-hazırda Respublikamızda hava, torpaq çirklənməsi, qrunt sularının səviyyəsinin aşağı enməsi, yeni innovaziv xəstəliklərin vüsat alması səbəbi ilə ətraf mühitin yaxşılaşdırılması, yaşıllıqların qorunması və artırılması istiqamətində tədbirlər görülməsinə ehtiyac duyulur.
“Dendrologiya Bağı” PHŞ-in “Ekologiya və İqlimləşdirmə” və “Landşaft memarlığı və sistematika” laboratoriyalarının bir qrup mütəxəssis heyəti Eldar şamında (Pinus eldarica Medw.) quruma hadisələrinin tədqiq edilməsi məqsədi ilə Mərdəkan qəsəbəsi Sergey Yesenin küçəsinə və bəzi orta məktəblərin həyətyanı sahəsinə monitorinq təşkil etmişdirlər. Ərazidə çox sayda qurumuş və quruma təhlükəsi olan Eldar şamı müşahidə edilmişdir.
“Dendrologiya Bağı” PHŞ-nin mütəxəssiləri tərəfindən Mərdəkan qəsəbəsində torpaq və suvarma su nümunələri analiz edilmiş, məlum olmuşdur ki, torpaqda kirəcin miqdarının çox olması torpağın kipləşməsinə, bitkinin kök sisteminin zəif inkişafına səbəb olur.
Mənimsənilə bilən Na yüksək miqdarı bitkilərin xəstəliklərə və zərərvericilərə qarşı olan müqavimətini zəiflədir. Fe və Zn elementlərinin yüksəkliyi mikroelementlərin və qida maddələrinin bitkilər tərəfindən düzgün mənimsənilməsinə maneə törədir, həmçinin bir sıra xəstəliklər ilə sirayətlənməsinə səbəb olur.
Şam cinsinin müxtəlif növləri mənşəy etibarı ilə duzadavamlı olduqlarından, Abşeronun bozqır torpaqlarındakı növlər zəif və orta şoranlaşmaya davamlıdırlar, lakin düzgün aqrotexniki qulluq edilməməsi və zəif suvarma, az gübrələmə səbəbindən iynələrin tökülməsinə və ya bitkinin qurumasına səbəb olur.
Yaşıllıqların götürülməsi qaydası nəzərə alınmaqla və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi əsasında uzaqlaşdırılması, onların daha davamlı, perspektivli, dekorativ bitki növləri ilə əvəzlənməsi məqsədəuyğun hesab edilmişdir.