Qərbi Kaspi Universitetində “Dağlar: Biomüxtəliflik, Landşaftlar və Mədəniyyətlər” adlı 2-ci Beynəlxalq Konfrans başa çatıb
Noyabrın 6-da Qərbi Kaspi Universitetinin ev sahibliyi etdiyi, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Dendrologiya Bağı" publik hüquqi şəxsin də həmtəşkilatçılığı ilə “Dağlar: Biomüxtəliflik, Landşaftlar və Mədəniyyətlər” adlı 2-ci Beynəlxalq Konfrans davam edib.
“Dendrologiya bağı” PHŞ İdarə Heyəti sədrinin müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova konfransda çıxış edib.
Konfrans iştirakçılarını salamlayan Samirə Bağırova dünyanı narahat edən qlobal istiləşmə və iqlim dəyişikliyi şəraitində və respublikamızda COP29 kimi önəmli simpoziumun keçirildiyi dövrdə dağlar, biomüxtəliflik, landşaftlar və mədəniyyətlər mövzusunda beynəlxalq konfransın keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
O, təşkilatçılığa görə başda Hüseyn müəllim Bağırov olmaqla Qərbi Kaspi Universitetinin kollektivinə öz dərin təşəkkürünü bildirib. Panel iclaslarında “Dendrologiya Bağı” Publik Hüquqi Şəxsin əməkdaşları öz təqdimatları ilə çıxış edib.
“Dendrologiya Bağı” PHŞ-nin əməkdaşları Selcan Səfərəliyeva “Azərbaycanda istifadə olunan pesdisidlərin palma, qarağac, ağac bitkilərində istifadəsinin ekoloji qiymətləndirilməsi”, Şənay Albalıyeva “Kəklikotunun Abşeron yarımadasına introduksiyasi, biomorfoloji xüsusiyyətlərinin öyrənilməsi və efir yağının alınması”, Səriyyə Əhmədova isə “Ətraf mühit dəyişkənliklərinin olea l. cinsinə təsiri” mövzusunda çıxış ediblər.
Sonda konfransda iştirak edən tədqiqatçılara sertifikatlar təqdim olunub.
Konfransda təqdim olunmuş məqalələr, Scopus və Web of Science elmmetrik bazalarında indeksləşəcək.