“Dendrologiya Bağı” PHŞ-nin əməkdaşları təlimdə iştirak edib

 Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Xidmətlər Agentliyi (AXA) və HAUS MMC-nin birgə təşkilatçılığı ilə 30-31 oktyabr və 1 noyabr 2024-cü il tarixlərində “Zeytun becərilməsi və zeytun yağının emal texnologiyaları” adlı təlim keçirilmişdir.

Təlim zamanı Türkiyədən dəvət olunan mütəxəssislər yerli fermerlər, aqronomlar və zeytun yağı emalçılarına zeytun bağlarının idarə olunması ilə bağlı və zeytun yağının ən müasir texnologiyalarla emal olunmasına dair məlumatlar vermişdir.

Üç günlük təlim  həm nəzəri biliklərin artırılması, həm də praktiki sessiyalardan ibarət olmuş, iştirakçılara zeytun yağının emal texnologiyaları və yağın əldə olunması prosesi müəssisə şəraitində nümayiş etdirilmişdir.

Dendrologiya bağı publik hüquqi şəxsin bir qrup əməkdaşı da təlimdə iştirak etmişdir.

Son gün Hurşid Özdemir və Murat Halkanın rəhbərliyi ilə Zirə zeytun yağı istehsalı müəssisəsinə tur təşkil olunmuşdur.  

Şərhini yaz