“Dendrologiya bağı” PHŞ-nin mütəxəssisləri Lənkəran Elmi Regional Mərkəzində və Hirkan Milli Parkında elmi ezamiyyətdə olmuşlar

26-29 noyabr 2024-cü il tarixlərində Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsin “Dendroxronologiya” və “Təsərrüfat əhəmiyyətli bitkilər” laboratoriyasının aparıcı mütəxəssisləri elmi tədqiqatlar məqsədilə Lənkəran Elmi Regional Mərkəzi və Hirkan Milli Parkına ezamiyyətdə olmuşlar. 

Tədqiqatın əsas məqsədi yeni citrus növlərinin “Dendrologiya bağı”na introduksiyası, yaşlı bitkilər üzərində dendroxronoloji tədqiqatların aparılması məqsədilə nümunələrin götürülməsi və meşələrin müşahidə monitorinqinin aparılmasıdır. 

Nəticə etibarı ilə Lənkəran Elmi Regional Mərkəzin təcrübə sahəsindən Citrus reticulata Blanco, Citrus meyar, Feijoa O. Berg, Sidr şamı, Adi şam növlərinin tingləri, toxumları əldə olunmuş və bağa gətirilmişdir.  

Bundan başqa Hirkan Milli Parkından Şabalıdyarpaq palıd (Quercus castanefolia C.A.Mey) və Həmişəyaşıl sərv (Cupressus sempervirensis) dendroxronoloji təhlillər üçün ağacın gövdələrindən nümunələr götürülmüşdür.

Meşə monitorinqi zamanı Quercus növlərində gövdə üzərində göbələklər, Cupressus növləri üzərində şibyələr, Carpinus növləri üzərində zərərvericilərin olduğu müşahidə olunmuşdur.

Şərhini yaz