“Dendrologiya bağı”nın əməkdaşları ADA universitetində sertifikatlara layiq görülüb

ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu və BMT-nin İnkişaf Proqramı ilə birgə keçirdiyi təlimlərdə iştirak etmiş Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsin gənc əməkdaşları Əsli İlayda Ağa Ələsgərova və Aybəniz Hacıyeva sertifikatlara layiq görülüb.

Təltifetmə mərasimi yanvarın 31-də ADA universitetində keçirilib.

Təlimlər 2024-cü ildə keçirilib.

“Dendrologiya bağı” publik hüquqi şəxsin əməkdaşları  25-26 iyulda keçirilən "Layihənin idarə edilməsi və iqlim dəyişikliyinə uyğunlaşma üçün maliyyə”, 31 iyul-1 avqustda təşkil edilən “Kənd təsərrüfatında iqlim dəyişikliyinə uyğunlaşma”, 23-25 oktyabrda baş tutan “Enerji səmərəliliyi və davamlılıq üzrə Jean Monnet Payız Təlim Məktəbi” və nəhayət 23-25 sentyabrda keçirilmiş “Milli Uyğunlaşma Planı” çərçivəsində keçirilən Təlimçilərin Treninqi” təlimlərində iştirak ediblər.

Qeyd edək ki, təlimlərdə iştirak etmiş digər əməkdaşlar Aqil Qasımov və Elman Cəfərli də sertifikatlarla təltif edilib.

Şərhini yaz