“Kiçik Bağbanlar: Tülpan Əkək”- “Gənclər həftəsi” çərçivəsində masterklass keçiriləcək

“Gənclər həftəsi” çərçivəsində Xəzər Gənclər Evinin təşkilatçılığı ilə “Kiçik Bağbanlar: Tülpan Əkək!” adlı maarifləndirici və əyləncəli masterklass təşkil ediləcək.

Masterklass çərçivəsində gənclər təbiətin gözəlliklərindən biri olan tülpanlar haqqında maraqlı məlumatlar əldə edəcək, onların əkilməsi və qulluq qaydalarını öyrənəcəklər. Praktiki hissədə isə gənclər öz əlləri ilə tülpan əkərək bağçılıq bacarıqlarını inkişaf etdirəcək və təbiətə daha yaxın olacaqlar.

Bu təşəbbüs gənclərdə ekoloji düşüncəni formalaşdırmaq, ətraf mühitə qayğı göstərmək vərdişlərini aşılamaq və onların yaradıcı inkişafına töhfə vermək məqsədi daşıyır.

Masterklassda "Dendrologiya bağı" publik hüquqi şəxsin “Lantşaft memarlığı və sistematika” laboratoriyasının mütəxəssisi, bioloq Gülay Mustafayeva da təqdimatla çıxış edəcək.

Şərhini yaz