“Dendrologiya bağı” PHŞ-nin əməkdaşı Gülay Mustafayeva tərəfindən “Kiçik bağbanlar” adlı maarifləndirici və əyləncəli masterklass keçirilib

Xəzər Gənclər Evi sosial xidmət müəssisəsində “Dendrologiya bağı” publik hüquqi şəxsin (PHŞ) “Landşaft memarlığı və sistematika laboratoriyası”nın əməkdaşı Gülay Mustafayeva tərəfindən “Kiçik bağbanlar” adlı maarifləndirici və əyləncəli masterklass keçilirib.

Masterklassda Landşaft memarlığında geniş istifadə olunan dekorativ gül bitkisi olan “Tulipa L.” cinsinə aid “Tulipa gesneriana L.” növünün bioekoloji xüsusiyyətləri və müxtəlif kompozisiyaların tərtibatında istifadə qaydaları, eyni zamanda əkin təlimatları öyrədilib.

Praktiki hissədə gənclər öz əlləri ilə tülpan əkərək bağçılıq bacarıqlarını inkişaf etdirib, kiçik tülpan cücərtiləri gənc iştirakcılarla birlikdə saxsı qablara əkilib.

Yaşıllaşdırmada geniş istifadə edilən “Washingtonia filifera DE BARY” palma növünün generativ üsulla çoxaldılması haqqında da məlumatlar verilib.

Tədbirin sonunda Gülay Mustafayeva göstərdiyi təşkilati dəstəyə və səmərəli əməkdaşlığa görə “Təşəkkürnamə” ilə təltif olunub.

Qeyd edək ki, masterklass “Gənclər həftəsi” çərçivəsində Xəzər Gənclər Evinin təşkilatçılığı ilə təşkil edilib.

Bu təşəbbüs gənclərdə ekoloji düşüncəni formalaşdırmaq, ətraf mühitə qayğı və sevgi vərdişlərini aşılamaq və onların yaradıcı inkişafına töhfə vermək məqsədi daşıyır.

Şərhini yaz