“Dendrologiya bağı” PHŞ-nin əməkdaşları beynəlxalq vebinarda iştirak edib və sertifikata layiq görülüblər
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsin (PHŞ) əməkdaşları Beynəlxalq Ekoenergetika Akademiyasının təşkilatçılığı ilə “Yaşıl qızıl və qızıl sitrus: efir yağlarının faydaları və davamlı gələcək üçün yeniliklər” mövzusunda keçirilən III beynəlxalq vebinarda iştirak edib.
Vebinarda müxtəlif ölkələrdən, o cümlədən, Azərbaycanın müxtəlif bölgələrindən alim və tədqiqatçılar iştirak edib.
İspaniyadan professor Jesus Pala Paul “Müasir kənd təsərrüfatında efir yağları: hazırkı vəziyyət və gələcək perspektivlər”, Türkiyədən professor Mustafa Akbulut “İqlim dəyişikliyinin meyvə və tərəvəzlərin tərkibinə təsiri”, Azərbaycandan professor Məmmədhüseyn Hüseynov “Ekoloji cəhətdən təmiz istifadə üçün çay və sitrusun genetik müxtəlifliyinin qiymətləndirilməsi” mövzusunda təqdimatla çıxış etmişlər.
Vebinarda fəal iştirak etdiklərinə görə “Dendrologiya bağı”nın əməkdaşları: Günay Əlihəsənova, Şənay Albalıyeva, Selcan Səfərəliyeva, Aybəniz Hacıyeva və Şəlalə Məmmədova sertifikata layiq görülmüşlər.