“Dendrologiya bağı” PHŞ-nin balansında olan Mərdəkan Elm və Təcrübə sahəsində ağacəkmə aksiyası keçirilib

3 mart 2025-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsin (PHŞ) balansında olan Mərdəkan Elm və Təcrübə sahəsində “Dendrologiya bağı” PHŞ, Xəzər Gənclər Evi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “5 Mart – Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə ağacəkmə aksiyası keçirilib. 

Aksiyanın keçirilməsində məqsəd ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir. 

Qeyd olunub ki, bu cür ekoloji aksiyanın təşkili ilə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə, gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərlə mübarizədə birgə fəaliyyətə səsləyir.

Aksiya iştirakçıları tərəfindən əkilən ağaclara aqrotexniki qulluq göstərilib, onların qorunması və suvarılması ilə bağlı vacib təşkilati və texniki tədbirlər görülüb, əkilən ağacların küləkdən qorunması üçün dirəklər basdırılıb.

Rayon ərazisində yaşıllıqların artırılması məqsədilə aksiyalar davam etdiriləcək.

Aksiyaya ekoloji könüllülər də dəstək verib.

Şərhini yaz