Bu gün 8 Mart Beynəlxalq Qadınlar günüdür
Bu gün 8 Mart – Beynəlxalq Qadınlar Günüdür.
Tarixi əməkçi qadınları hüquqları uğrunda mübarizə ilə bağlı olsa da, zamanla bu gün daha geniş mahiyyət qazanmış, qadına hörmət, sevgi ifadəsi olan, zəriflik bayramına çevrilmişdir.
Azərbaycan qadınları hər zaman cəmiyyətimizin mənəvi dayağı olmuş, daim ülvi amallarla yaşamışlar.
Minillərlə formalaşmış mədəni-mənəvi sərvətlərimizin qorunub saxlanılmasında nəcib və gözəl analarımızın misilsiz rolu olmuşdur.
Müasir Azərbaycan tarixində xanımlarımızın müstəsna xidmətləri var.
Azərbaycan qadını 44 günlük Vətən müharibəsində əldə etdiyimiz zəfərdə böyük pay sahibidir.
Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır.
O, taleyüklü milli məsələlərin həllinə sanballı töhfələr verir. Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu təsdiq edir.
Ölkəmizdə dövlət-qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı.
Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayıraraq, onların hərtərəfli fəaliyyətinə geniş meydan verir, lider qadınlar yetişdirirdi.
Bu gün dövlət qadın siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir.
Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir.
Qadınlarımız ölkənin bütün ali orqanlarında əzmlə, məsuliyyətlə çalışırlar.
Bütün Azərbaycan xanımlarını 8 Mart Beynəlxalq Qadınlar Günü Münasibəti ilə təbrik edir, onlara ailə səadəti, sağlamlıq, fəaliyyət göstərdikləri sahədə bol-bol nailiyyətlər arzulayırıq. Bayramınız mübarək!