Azərbaycanda Ramazan bayramıdır

Bu gün Azərbaycan xalqı və dünya müsəlmanları müqəddəs Ramazan bayramını qeyd edir.

Ramazan ayında oruc tutulması müsəlmanlara hicrətin ikinci ilində-622-ci ildə təyin edilib.

Bu müqəddəs ay insanlara öz iradələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir.

Orucluq Ramazan ayında təzə Ay çıxandan başlanır və 29-30 gün davam edir.

Orucluq İslamdan da əvvəl mövcud olub. Bu barədə “Qurani-Kərim”də deyilir: “Sizlərə oruc tutmaq buyurulduğu kimi, bizdən əvvəlkilərə də buyurulmuşdur”.

İslamda Ramazan ilin ayları arasında ən şəfqətli və ən müqəddəs ay hesab edilir. Onu “on bir ayın sultanı” da adlandırırlar. Ramazan gecələrindən birində müsəlmanların müqəddəs kitabı “Qurani-Kərim” nazil olub. Həmin gecə “Qədr” və ya “Əhya” gecəsi adlanır.

Tanrı bütün tutulan orucları, qılınan namazları qəbul etsin.

Ramazan bayramınız mübarək olsun!

 

Şərhini yaz