“Dendrologiya bağı” PHŞ-nin əməkdaşları bağ ərazisində herbari və toxum nümunələri toplamışlar

“Herbari və toxum” fondları bitki növlərini müəyyən etmək, onların coğrafi yayılmasını öyrənmək, ekoloji rollarını başa düşmək, bitki xüsusiyyətlərini müqayisə etmək və müxtəlif bitki taksonları arasında əlaqələr qurmaq üçün mühüm əhəmiyyət kəsb edir. 

Yaz mövsümünün gəlişi ilə əlaqədar olaraq “Dendrologiya bağı” publik hüquqi şəxsin mütəxəssisləri bağ ərazisində nadir və yaşıllaşdırmada mühüm əhəmiyyət kəsb edən növlərdən herbari nümunələri toplamışdır. 

“Dendrologiya bağı” PHŞ-nin “Bitkilərin mühafizəsi və inkişafının təmin edilməsi şöbəsi”nin, “Ekologiya və iqlimləşdirmə”,  “Meşə ekosistemləri”,   “Landşaft memarlığı və sistematika”,  “Dendroxronologoya”, “Təsərrüfat əhəmiyyətli bitkilər” laboratoriyalarının əməkdaşları da mövsümə uyğun olaraq herbari və toxum nümunələri toplayaraq qurumun “Herbari və toxum” fonduna daxil edir.

Toplanmış nümunələr laboratoriya şəraitində sərt bir kağız üzərinə yerləşdirilmiş, uyğun şərait və temperaturda qurudulmuş, hər bir bitki növünün latın dilində taksonomik adı, nümunələrin haradan, nə vaxt və kim tərəfindən toplanıldıqlarını göstərən məlumatlar əks olunmuş “herbari məlumat vərəqi” qurudulmuş herbarinin üzərində yapışdırılaraq müddətsiz olaraq saxlanılması nəzərdə tutulmuşdur.

Şərhini yaz