“Qlobal çağırışlar və perspektivlər” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib

Mayın 14-də Qərbi Kaspi Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş gənc tədqiqatçıların “Qlobal çağırışlar və perspektivlər” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib.

Konfransda iştirak edən Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsin “Bitkilərin mühafizəsi və inkişafının təmin edilməsi” şöbəsinin baş mütəxəssisi Selcan Səfərəliyeva  "Dendrologiya bağı ərazisində mövcud bitkilərin vəziyyəti" mövzusunda çıxış edib.

Selcan Səfərəliyeva  elmi-praktik konfransda fəal iştirakına görə, sertifikata layiq görülüb.

Şərhini yaz