"Dendrologiya bağı” PHŞ-nin yardımçı təsərrüfatında bir çox dekorativ bitkilərin tingləri əkilib

Bakı Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsin (PHŞ) Mərdəkanda yerləşən yardımçı təsərrüfatında (elmi düşərgə) növbəti yaşıllaşdırma aksiyası keçirilib.

“Dendrologiya Bağı” publik hüquqi şəxsin əməkdaşlarının iştirakı ilə ərazidə 100-ə yaxın dekorativ tinglər əkilib. 
Yeni əkilən tinglərə müvafiq aqrotexniki qulluq göstərilib. 

Əkilən tinglər gələcəkdə əraziyə estetik görünüş verəcək, ekoloji tarazlığa müsbət təsir göstərəcəkdir.

Qeyd edək ki, bu kimi aksiyalar mütəmadi olaraq davam edəcək.

Şərhini yaz