“Dendrologiya bağı” PHŞ-nin İlk Həmkarlar İttifaqı Komitəsi təsis edilib və Komitəyə sədr seçilib
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsin (PHŞ) İlk Həmkarlar İttifaqı Komitəsinin təsis yığıncağı keçirilib.
Yığıncaqda “Dendrologiya bağı” PHŞ-nin İlk Həmkarlar İttifaqı Komitəsi təsis ediliib.
Gizli səsvermə yolu ilə “Dendrologiya bağı” PHŞ-nin İlk Həmkarlar İttifaqı Komitəsinin sədri və üzvləri seçilib.
“Dendrologiya bağı” PHŞ-nin əməkdaşı Hicran Atayeva “Dendrologiya bağı” PHŞ-nin İlk Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib. Rəsmiyyə Əfəndiyeva, Firuzə Mustafayeva, Yeganə Mehseliyeva və Elman Cəfərli isə “Dendrologiya bağı” PHŞ-nin İlk Həmkarlar İttifaqı Komitəsinin üzvləri seçiliblər.
Qeyd edək ki, yığıncaqda Bakı Şəhər İcra Hakimiyyəti Həmkarlar İttifaqı Təşkilatının nümayəndəsi iştirak edib.