“Dendrologiya Bağı” PHŞ-nin əməkdaşları beynəlxalq konfransda iştirak edib
Rusiya Federasiyası Sankt-Peterburq Dövlət Meşə Mühəndisliyi Universitetinin təşəbbüsü və təşkilatçılığı ilə “Rusiyanın meşələri: Siyasət, Sənaye, Elm, Təhsil” adlı 10-cu beynəlxalq elmi-texniki konfrans keçirilib.
Qeyd edək ki, özünü beynəlxalq elmi ictimaiyyətdə yüksək elmi və kommunikativ potensiala malik tədbir kimi təsdiq etmiş bu konfrans hər il keçirilir.
Baki Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı” publik hüquqi şəxsin (PHŞ) əməkdaşları onlayn konfransda iştirak edib.
Konfransda iştirak edən “Landşaft laboratoriyası”nın böyük mütəxəssisi Fəridə Hüseynova “Qlobal çağırışlar erasında botanika bağları” bölməsində məruzə ilə çıxış edib. F.Hüseynova Dendrologiya bağının yaranma tarixi, fəaliyyət istiqamətləri barədə konfrans iştirakçılarına geniş məlumat verib.
Onun məruzəsi maraqla qarşılanıb.