“Dendrologiya bağı” PHŞ-nin Mərdəkan Elm Təcrübə sahəsində mütəmadi ekoloji monitorinq aparılıb

İllik iş planına uyğun olaraq Bakı Şəhəri İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsin (PHŞ)-nin  Mərdəkan Elmi Təcrübə sahəsində mütəmadi ekoloji monitorinqlər həyata keçirilir.

“Dendrologiya bağı” PHŞ-nin “Bitkilərin mühafizəsi və inkişafının təmin edilməsi” şöbəsinin əməkdaşlarının avqust ayının 15-də arardığı monitorinq nəticəsində razmarin bitkisinin yarpaqlarında qəhvəyi mərmər taxtabiti polifaq zərərverici və Əncir (Ficus bitkisində  yarpaqlarında Amerika ağ kəpənəyi pulcuqqanadlılar (Lepidoptera) dəstəsinin yarpaqyeyənlər  (Arctiidae) fəsiləsinə aid polifaq  ziyanverici  həşaratlar aşkarlanmışdır.

Şöbənin  əməkdaşları tərəfindən zərərvericilərə yayılmasının  qarşısının alınması üçün kimyəvi usulla mübarizə tədbirləri həyətə keçirilir.