“Dendrologiya bağı” PHŞ-nin Mərdəkan Elmi Təcrübə sahəsində ekoloji monitorinq aparılıb
İllik iş planına uyğun olaraq Bakı Şəhəri İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsin (PHŞ-nin) Mərdəkan Elmi Təcrübə sahəsində mütəmadi ekoloji monitorinqlər həyata keçirilir.
“Dendrologiya bağı” PHŞ-nin “Bitkilərin mühafizəsi və inkişafının təmin edilməsi” şöbəsinin əməkdaşlarının avqust ayının 15-də apardığı monitorinq nəticəsində rozmarin bitkisinin yarpaqlarında qəhvəyi mərmər taxtabiti polifaq zərərverici və Əncir (Ficus) bitkisində yarpaqlarında Amerika ağ kəpənəyi pulcuqqanadlılar (Lepidoptera) dəstəsinin yarpaqyeyənlər (Arctiidae) fəsiləsinə aid polifaq ziyanverici həşaratlar aşkarlanmışdır.
Şöbənin əməkdaşları tərəfindən zərərvericilərə yayılmasının qarşısının alınması üçün kimyəvi üsulla mübarizə tədbirləri həyata keçirilir.