“Dendrologiya Bağı” PHŞ-nin “Ekologiya və iqlimləşdirmə” laboratoriyasının əməkdaşları ağır metallarla çirklənmiş ərazilərdə olublar

“Dendrologiya Bağı” publik hüquqi şəxsin “Ekologiya və iqlimləşdirmə” laboratoriyasının əməkdaşları ağır metallarla çirklənmiş ərazilərdə olublar.

Çirklənmə miqyasına və bioloji obyektlərə təsirinə görə çirkləndirici maddələri araşdırıblar. Ağır metalların torpaqda yüksək konsentrasiyası, biota üçün toksikliyi, ətraf mühitə təsirinin monitorinqini həyata keçirmişlər.

Neft məhsullarının və çoxlu miqdarda buruq sularının səthə axıdılması qrunt sularının səviyyəsinin qalxmasına və torpağın təkrar şoranlaşmasına səbəb olur.

Abşeron yarımadasının neft tullantıları ilə çirklənmiş Sabunçu, Binəqədi, Suraxanı və Xəzər rayonlarının neft mədənləri ərazilərini güclü çirklənmiş torpaqlar kimi qeydə almışlar.

Bu torpaqların profil boyunca 100 sm qədərinə neft məhsulları hopmuşdur, neftin miqdarı 12.5-7.8% arası dəyişir.

Laboratoriya əməkdaşları Sabunçu rayonunun Balaxanı qəsəbəsində neftlə çirklənmiş ərazilərdən tədqiqat məqsədi ilə torpaq nümunələri götürmüşlər. İşin əsas məqsədi ağır metallarla çirklənmiş torpaqlarda daha davamlı, dekorativ və az tələbkar növlərin seçilərək iqlimləşdirilməsi və yaşıllaşdırmaya tətbiqidir.

 

Şərhini yaz