“Dendrologiya bağı” PHŞ-nin mütəxəssisləri beynəlxalq elmi – praktiki konfransda iştirak ediblər
10 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasi Kənd Təsərrüfati Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda Əkinçilik Elmi-Tədiqat İnstitutunun 75 illik yubileyinə həsr olunmuş “İqlim dəyişikliyi şəraitində aqrar sahənin inkişafında çağdaş dövrün problemləri və həlli istiqamətləri” mövzusunda beynəlxalq elmi-praktiki konfransı keçirilib.
“2025-ci il Konstitusiya və Suverenlik ili” çərçivəsində baş tutan konfransda Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsin (PHŞ) “Ekologiya və İqlimləşdirmə” laboratoriyasının mütəxəssisi Lalə Nəsirli və “Landşaf memarlığı və sistematikası” laboratoriyasının mütəxəssisi Gülay Mustafayeva da iştirak ediblər.
Lalə Nəsirli “Biokömür, vermikompost, leonardit gübrələri ilə torpaq münbitliyinin bərpası” adlı, Gülay Mustafayeva isə “Abşeron şəraitində Arbutus unedo L. növünün çoxaldılması və landşaft memarlığında istifadəsi” adlı tezislə çıxış etmişlər.
Əməkdaşlarımız konfransda fəal iştiraka görə, sertifikatlarla təltif olunmuşlar.