“Dendrologiya bağı” PHŞ-nin mütəxəssisi BDU-da keçirilən Beynəlxalq Elmi Konfransda iştirak edib
24 dekabr 2025-ci il tarixində Bakı Dövlət Universitetində “Sustainable Future - İntegrated Development of Earth Sciences Ecology” mövzusunda Birinci Beynəlxalq Elmi Konfrans keçirilib. Konfransda Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsin (PHŞ) əməkdaşı da iştirak edib.
“Dendrologiya bağı” publik hüquqi şəxsin (PHŞ) “Landşaf memarlığı və sistematikası” laboratoriyasının mütəxəssisi Gülay Mustafayeva “The impact of climate variability of species belonging to the genus Cameilla L.” adlı tezislə çıxış edib.
Gülay Mustafayeva konfransda fəal iştirakına görə, sertifikatla təltif olunub.