“Dendrologiya Bağı” PHŞ-nin əməkdaşları Həmrəylik Günü və Yeni il münasibəti ilə “Nur” uşaq evini ziyarət edib
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsin (PHŞ) kollektivi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Sabunçu rayonu Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Nur” uşaq evini ziyarət edib.
Təqdim olunan bayram sovqatı: ərzaq məhsulları, müxtəlif hədiyyələri və oyuncaqlar uşaq evində yaşayan körpə fidanların sevincinə səbəb olub.
Uşaqlara “Dendrologiya Bağı” publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavin, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırovanın təbrikləri və xoş ürək sözləri çatdırılıb.
Qeyd olunub ki, bu kimi ziyarətlərin məqsədi sosial təminatı zəif və kimsəsiz uşaqlara mənəvi dəstək olmaq, onları daim diqqətdə saxlamaq və sevindirməkdir.
Sonra uşaqlar üçün əyləncəli proqram təşkil olunub. Nağıl qəhrəmanları: Şaxta baba və Qar qız şənlikdə iştirak edən uşaqları əyləndirib, onlara xoş anlar yaşadıblar.