“Dendrologiya bağı” PHŞ-də 2026-cı ildə aparılacaq elmi tədqiqatlar üzrə iş planları müzakirə edilib
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı” publik hüquqi şəxsin (PHŞ) İdarə Heyətində, İdarə Heyəti sədrinin müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırovanın rəhbərliyi ilə şöbə və laboratoriyaların 2026-cı ildə həyata keçiriləcək elmi tədqiqatlar üzrə iş planları və biznes planları müzakirə edilib.
“Bitkilərin mühafizəsi və inkişafının təmin edilməsi”, “Strateji inkişaf, Beynəlxalq əməkdaşlıq və layihələrin idarə olunması şöbələrinin, “Ekologiya və İqlimləşdirmə”, “Meşə ekosistemləri”, “Landşaft memarlığı və sistematika”, “Dendroxronologiya” və “Təsərrüfat əhəmiyyətli bitkilər” laboratoriyalarının 2026-cı il üzrə elmi-tədqiqat işlərinin planı haqqında məlumatlar dinlənilib, sonra iş planları ətrafında müzakirələr aparılıb və iclas iştirakçılarının sualları cavablandırılıb.
Şöbə və laboratoriyalara elmi tədqiqatların effektivliyini artırmaq, tədqiqat metodlarını təkmilləşdirmək, beynəlxalq əməkdaşlığı genişləndirmək, yeni texnologiyalardan istifadə etmək, cəmiyyət üçün faydalı daha innovativ nəticələr əldə etmək istiqamətində müvafiq tapşırıqlar verilib.