“Dendrologiya Bağı” PHŞ-nin mütəxəssisləri toxum mübadiləsi həyata keçirir

“Dendrologiya bağı” publik hüquqi şəxsin (PHŞ) “Landşaf memarlığı və sistematika” laboratoriyasının əməkdaşları ətraf mühit tarazlığının  qorunması və bitki ehtiyatları bazasının zənginləşdirilməsi məqsədilə, Türkiyənin “Dokuz Eylül” Universitetindən Alyssum Aphrodite L., Aquilegia ‘McKana Hybrids’, Fuchsia regia (Vell.) Munz, Gaillardia × grandiflora 'Kobold', Viola mirabilis L., Felicia amelloides (L.) Voss, Mirabilis jalapa L., Iris albicans Lange, Cosmos bipinnatus Cav., Campanula medium L. və Rosa (Rambling Roses) dekorativ gül bitkilərinə aid toxumlar tədarük etmişdir.

Laboratoriyanın mütəxəssis heyəti tərəfindən növlərin bioekoloji xüsusiyyətləri araşdırılmış, torpaq, su və temperatur rejimi nəzərə alınmaqla, Dendrologiya Bağının ərazisində qapalı şəraitdə introduksiya olunmuşdur.

Tədqiq edilmiş dekorativ gül bitkilərinin forması, ekoloji cəhətdən davamlılığı, uyğunlaşma imkanlarının genişliyi nəzərə alınaraq, gələcəkdə Abşeron yarımadasının park və bağlarında müxtəlif kompozisiyaların tərtibatında istifadəsi nəzərdə tutulmuşdur.