“Dendrologiya Bağı” PHŞ əməkdaşlarının məqaləsi beynəlxalq elmi jurnalda dərc olunub
“Dendrologiya Bağı” publik hüquqi şəxsin (PHŞ) “Landşaft memarlığı və sistematika” laboratiyasının əməkdaşları tərəfindən Persea americana Mill. (avokado) növünün Abşeron yarımadasının torpaq-iqlim şəraitində çoxaldılması, introduksiya imkanları və landşaft kompozisiyalarında istifadəsinin öyrənilməsi istiqamətində aparılmış elmi-tədqiqat işlərinin nəticələrinin əks olunduğu “Размножение вида Persea americana Mill. на полуострове Абшерон и его использование в ландшафтной архитектуре” (Persea americana Mill. növünün Abşeron yarımadasında çoxadılması və landşaft memarlığında istifadəsi) adlı məqalə «Интернаука» beynəlxalq elmi jurnalının №5 (416) sayında dərc olunub.
Tədqiqat işində növün bioekoloji xüsusiyyətləri, aqrotexniki qulluq tədbirləri və dekorativ potensialı geniş şəkildə təhlil olunmuşdur.
Aparılan tədqiqat Abşeron yarımadasında alternativ meyvə və dekorativ bitki növlərinin tətbiqi baxımından mühüm elmi-praktik əhəmiyyət daşıyır və ərazinin dekorativ görünüşünün zənginləşdirilməsinə, introduksiya olunmuş bitkilərin assortimentinin genişləndirilməsinə şərait yaradır.
Elmi iş jurnalın redaksiya heyəti tərəfindən yüksək qiymətləndirilmiş və müəlliflər sertifikatla təltif edilmişdir.