Kanadadan əldə edilən dekorativ kol-ağac və gül toxumları Dendrologiya bağında introduksiya ediləcək

“Dendrologiya Bağı” publik hüquqi şəxsin (PHŞ) “Ekologiya və İqlimləşdirmə” laboratoriyasının əməkdaşları tərəfindən Kanadanın The Universty Of British Columbia (UBC) Botanical Garden universitetindən Cypella coelestis (Lehm.) Diels, Tigridia orthantha (Lem.) Ravenna, Fritillaria affinis (Schult. & Schult.f.) Sealy, Nothofagus antarctica (G.Forst.) Oerst., Abies bracteata (D.Don) Poit., Calycanthus occidentalis Hook. & Arn., Rhododendron columbianum (Piper) Harmaja, Vaccinium cespitosum Michx., Cercis occidentalis Torr. ex A.Gray, Lilium kelleyanum Lemmon, Fremontodendron californicum (Torrey) Coville, Abies concolor (Gordon & Glend.) Lindl. ex Hildebr., Cercocarpus ledifolius var. intermontanus N.Holmgren, Darlingtonia californica Torr., Heuchera micrantha Douglas ex Lindl. dekorativ kol-ağac və gül bitkilərinə aid toxumlar tədarük edilib. 

Toxumlar ətraf mühitin davamlılığının təmin olunması və bitki kolleksiyalarının zənginləşdirilməsi məqsədilə əldə edilib.

Laboratoriyanın mütəxəssis heyəti tərəfindən mübadilə yolu ilə əldə edilən növlərin bioekoloji xüsusiyyətləri öyrənilmiş və onların “Dendrologiya Bağı”nın ərazisində yerləşən tədqiqat sahələrində və istixanalarında introduksiyası nəzərdə tutulmuşdur.