Dendrologiya bağı ərazisində Camellia növlərinin vegetativ çoxaldılması üzrə elmi-tədqiqat işləri aparılıb

“Landşaft memarlığı və sistematika” laboratoriyasının əməkdaşları tərəfindən dekorativ xüsusiyyətləri ilə seçilən Camellia japonica Linnaeus və Camellia sasanqua Thunb. növlərinin vegetativ üsulla çoxaldılması və inkişaf dinamikasının öyrənilməsi istiqamətində elmi-tədqiqat işləri aparılmışdır. 

Tədqiqat zamanı hər iki növdən 10–12 sm uzunluğunda oduncaqlanmış qələmlər istifadə olunmuş, torf, perlit və torpaq qarışığında əkilərək 10–14 həftə ərzində köklənmə müşahidə edilmişdir. 

itkilərdə 6 ay ərzində 17–20 sm boy artımı qeydə alınmışdır. Aparılan elmi-tədqiqat işinin nəticəsində məlum olmuşdur ki, Abşeron şəraitində Camellia sasanqua növü stabil inkişaf edir, sürətli böyüyür və iqlim stresslərinə daha davamlıdır.

Camellia japonica isə xüsusi mikroiqlim şəraiti tələb edir. Bu xüsusiyyətlərinə görə C. sasanqua şəhər yaşıllaşdırılmasında daha perspektivli hesab olunur.

Tədqiqatlar zamanı növlərin Abşeron şəraitində dinamiki inkişaf fazaları və kompozisiyalarda qruplaşdırılması da araşdırılmışdır. Müəyyən edilmişdir ki, həmişəyaşıl bitkilər kimi Camellia növləri ilboyu dekorativ görünüşünü qoruyaraq park və bağlarda davamlı estetik fon yaradır, xüsusilə qış mövsümündə landşaftın bütövlüyünü təmin edir. 

Eyni zamanda, müasir landşaft memarlığı prinsiplərinə uyğun olaraq, AutoCAD proqramında yeni dekorativ kompozisiya layihəsi hazırlanmışdır. Layihədə mərkəzi element kimi Camellia sasanqua, tamamlayıcı bitkilər kimi isə Primula növlərinin istifadəsi nəzərdə tutulmuşdur.

Hazırlanmış layihənin yaxın zamanda Dendrologiya bağı ərazisində tətbiqi planlaşdırılır.