Litva və Norveçdən əldə edilən dekorativ kol-ağac və gül toxumları Dendrologiya bağının tədqiqat sahələrində introduksiya edilib

4 aprel 2026-cı il tarixində Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsin (PHŞ) “Ekologiya və İqlimləşdirmə” laboratoriyasının mütəxəssisləri tərəfindən Litvanın Klaypeda Universiteti və Norveçin Bergen Universitetinin Botanika bağlarından mübadilə yolu ilə əldə edilmiş 37 müxtəlif növə aid toxum nümunələri istixana şəraitində introduksiya edilib. 

Tədarük edilən Betula tianschanica Rupr., Catalpa ovata G. Don., Isatis tinctoria L., Celtis occidentalis L., Calycanthus floridus L., Calycanthus chinensis W.C. Cheng & S.Y. Chang, Kolkwitzia amabilis Graebn., Celastrus orbiculatus Thunb., Clethra alnifolia L., Elaeagnus umbellata Thunb., Deutzia scabra Thunb., Aesculus pavia L., Decaisnea fargesii Franch., Verbascum phoeniceum L., Hyoscyamus niger L., Verbena hastata L., Arctous alpina (L.) Nied., Crocus vernus (L.) Hill., Acer shirasawanum Koidz., Cornus suecica L., Digitalis purpurea L. və s. növlərə aid toxumların bioekoloji xüsusiyyətləri hərtərəfli araşdırılıb, torpaq, su və temperatur rejimi nəzərə alınaraq istixana şəraitində münbit torpaq qarışığında əkilib (temperatur 20°C, nisbi rütubət 72%). 

Adaptasiya sınağından keçmiş bitkilərin gələcəkdə Abşeron yarımadasının park və bağlarının yaşıllaşdırılmasında istifadəsi nəzərdə tutulub.