Xəzər rayonunda “Gender bərabərliyində qadınlar” mövzusunda tədbir keçirilib

Xəzər Rayon İcra Hakimiyyəti, Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi və Mərdəkan Mədəniyyət Sarayının birgə təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib.

Çıxış edənlər gender bərabərliyinin cəmiyyətin davamlı inkişafında oynadığı mühüm roldan bəhs edib, bu istiqamətdə həyata keçirilən layihələr barədə ətraflı məlumat veriblər. Qadınların müxtəlif sahələrdə qazandığı uğurların ümumi tərəqqiyə töhfə verdiyi vurğulanıb.

Yekunda qeyd olunub ki, belə tədbirlər cəmiyyətdə gender bərabərliyinin təşviqi və qadınların özünəinam hissinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Təbdirdə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsin (PHŞ) əməkdaşları da iştirak edib.