Xəzər rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar tədbir keçirilib

Xəzər Rayon İcra Hakimiyyətinin və YAP Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Xəzər RİH başçısı Elşən Salahov, Millət Məclisin deputatları Soltan Məmmədov, Gülşən Paşayeva, Hikmət Babaoğlu və Aydın Hüseynov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Bakı Şəhəri İcra Hakimiyyəti başçısının tabeliyində "Dendrologiya bağı" publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova, şəhid ailələri və qazilər, təhsil, səhiyyə, idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Xəzər RİH başçısı Elşən Salahov Heydər Əliyevin xalqımızın taleyində oynadığı misilsiz roldan danışıb.
O, bildirib ki, Ulu Öndərin daxili və xarici siyasət kursu nəticəsində Azərbaycan qlobal miqyasda tanınan və hörmət edilən dövlətə çevrilib. Çıxış edənlər bildiriblər ki, Ulu Öndərin diplomatik müdrikliyi ilə formalaşdırdığı beynəlxalq münasibətlər bu gün də ölkəmizin strateji tərəfdaşlıqlarının əsasını təşkil edir. Heydər Əliyevin təməlini qoyduğu inkişaf və islahatlar siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın ərazi bütövlüyünün bərpası, regionda nüfuzunun güclənməsi və modern dövlət idarəçiliyi modeli məhz bu irsin davamıdır. Çıxışlardan sonra Respublikanın əməkdar artistləri və tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə geniş konsert proqramı keçirilib.