Dendrologiya bağı ərazisinə Pion - Paeonia officinalis L. introduksiya olunub

Dekorativ növ müxtəlifliyinin zənginləşdirilməsi istiqamətində aparılan elmi-tədqiqat işləri çərçivəsində cənub zonasından (Lənkəran şəhəri) gətirilmiş Pion - Paeonia officinalis L. növü “Dendrologiya Bağı” publik hüquqi şəxsin (PHŞ) “Landşaft memarlığı və sistematika” laboratoriyasının əməkdaşları tərəfindən bağ ərazisində introduksiya edilmişdir.

Tədqiqatın əsas məqsədi pion növlərinin Abşeron yarımadasının torpaq-iqlim şəraitinə adaptasiya xüsusiyyətlərinin öyrənilməsi, biomorfoloji göstəricilərinin təhlili və perspektivli dekorativ bitki kimi qiymətləndirilməsidir. Eyni zamanda, növlərin vegetasiya dinamikası, çiçəkləmə müddəti, ekoloji davamlılığı və adaptasiya göstəriciləri tədqiq olunur.

Qeyd edək ki, Paeonia officinalis L. yüksək dekorativ xüsusiyyətləri, iri və estetik çiçəkləri ilə landşaft memarlığında geniş istifadə olunan çoxillik bitkilərdəndir. Növ park, bağ və yaşıllaşdırma layihələrində dekorativ kompozisiyaların yaradaılmasında xüsusi əhəmiyyətə malikdir.

Hazırda introduksiya olunmuş növlərin Abşeron şəraitində inkişaf xüsusiyyətlərinin öyrənilməsi davam etdirilir. Gələcəkdə növün Dendrologiya bağının landşaft dizaynında müxtəlif kompozisiyaların tərtibatında istifadəsi nəzərdə tutulur.