“Dendrologiya Bağı” PHŞ mütəxəssisləri beynəlxalq elmi konfransda iştirak ediblər

 “Dendrologiya Bağı” publik hüquqi şəxsin (PHŞ) “Təsərrüfat əhəmiyyətli bitkilər” və “Meşə ekosistemləri” laboratoriyalarının əməkdaşları 13–15 may 2026-cı il tarixlərində Niderlandın Rotterdam şəhərində “International Scientific Unity” tərəfindən təşkil olunmuş IV Beynəlxalq Elmi-Praktiki Konfransda — “Elmi Tədqiqatlarda Qabaqcıl Texnologiyalar” (“Advanced Technologies in Scientific Research”) mövzusunda keçirilən konfransda onlayn formatda iştirak ediblər.

Konfrans çərçivəsində “Yaşıl Kimya Prinsiplərinə Əsaslanan Efir Yağlarının Ekoloji Təmiz İstehsalı” (“Environmentally Clean Production of Essential Oils Based on Green Chemistry Principles”) və “Meşələrin Mühafizəsi” (“Forest Protection”) mövzularında elmi məqalələr konfrans materialında təqdim olunub.

Təqdim edilən tədqiqatlarda ekoloji təhlükəsiz texnologiyaların tətbiqi, təbii ehtiyatların qorunması, biomüxtəlifliyin saxlanılması və davamlı inkişaf məsələləri əks olunub. Konfransın sonunda iştirakçılar beynəlxalq sertfikatlarla təltif edilib.