“Dendrologiya Bağı” PHŞ-nin əməkdaşları Zirə ərazisində şoran torpaqlar üzrə tədqiqatlar aparmışlar

14 may 2026-cı il tarixində Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı” publik hüquqi şəxsin (PHŞ) “Ekologiya və iqlimləşdirmə” laboratoriyasının əməkdaşları illik tədqiqat planına uyğun olaraq Abşeron rayonu şoran torpaqlarının öyrənilməsi məqsədi ilə Zirə qəsəbəsi ərazisində monitorinq işləri həyata keçirmişlər.

Aparılmış tədqiqatlar zamanı ərazinin təbii və mədəni bitki örtüyü araşdırılmış və müəyyən edilmişdir ki, quraqlığa davamlı ot bitkiləri yovşan, şoranotular, gəvən, sahil tonqal otu, pişikquyruğu, çayır, dəvətikanı təbii şəraitdə geniş yayılmışdır.

Mədəni bitkilərdən isə yolkənarı ərazilərdə piramidal, horizontal və irimeyvəli sərv, Eldar şamı, çinar, tut, dekorativ zeytun, evkalipt, nar, iydə, xamerops palması, yapon gərməşovu, üzüm, həmçinin plantasiya halında badam və zeytun əkilmişdir.

Zirə ərzisinin 40o27¢25.7¢¢N və 50o10¢31.4¢¢E kordinatlarından 0-30 sm torpaq qatından kimyəvi analiz və əkin məqsədi ilə nümunələr götürülmüşdür. 18 may tarixində gətirilmiş torpaq nümunəsi sınaq təcrübələrin qoyulması üçün hazırlanmışdır. Şoranlığa davamlı Eldar şamı və zeytun növlərinin birillik fidanları müqayisəli tədqiqat məqsədi ilə kompost qarışıdırılmış dibçəklərdə əkilmişdir.

Əkin üçün istifadə edilmiş kompost Dendrologiya bağı ərazisindən bitki materialları əsasında hazırlanmış və 18 aylıq kompost olmuşdur.

Zirə ərazisinin şoran torpaqlarında aparılmış tədqiqatların nəticələrinə əsaslanaraq qeyd etmək olar ki, şoranlığa davamlı bitki növlərinin daha geniş miqyasda introduksiyası və adaptasiyası məqsədilə əlavə elmi-tədqiqat işlərini aparılması məqsədəuyğundur.