"Dendrologiya bağı” PHŞ-nin əməkdaşları beynəlxalq elmi-praktik konfransda iştirak ediblər

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsin (PHŞ) əməkdaşları 20 may 2026-cı il tarixində Rusiyanın Soçi şəhərində keçirilən Beynəlxalq Çay Gününə və Rusiyada ilk çay plantasiyasının yaradılmasının 125 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda onlayn iştirak ediblər.

“Çayçılığın inkişafının müasir tədqiqatları və perspektivləri” mövzusunda təşkil olunan tədbirdə müxtəlif ölkələrdən alimlər, tədqiqatçılar və sahə mütəxəssisləri bir araya gələrək çayçılıq sahəsində aparılan elmi araşdırmaları, yenilikləri və gələcək inkişaf istiqamətlərini müzakirə ediblər.

Konfransda iştirakına görə əməkdaşlar sertifikatla təltif olunub.

Sertifikat Rusiya Elmlər Akademiyasının Federal Tədqiqat Mərkəzinin direktoru, akademik A.V. Rındin tərəfindən imzalanıb.
Qeyd edək ki, bu cür beynəlxalq tədbirlər elm və təcrübə mübadiləsinin genişləndirilməsi, yeni əməkdaşlıqların qurulması və sahənin inkişafına töhfə verən mühüm platformalardan hesab olunur.