“Dendrologiya bağı” PHŞ-nin əməkdaşlarının elmi məqaləsi Qazaxıstanın ENDLESS LIGHT in SCIENCE beynəlxalq elmi-praktik jurnalında dərc olunub
“Dendrologiya bağı” publik hüquqi şəxsin (PHŞ) “Bitkilərin mühafizəsi və inkişafının təmin edilməsi” şöbəsinin əməkdaşlarının müəllifi olduğu “ВОССТАНОВЛЕНИЕ ЗАСОЛЕННЫХ ПОЧВ С ПОМОЩЬЮ АМАРАНТА” adlı elmi məqalə Qazaxıstanda nəşr olunan beynəlxalq elmi-praktik jurnalda dərc olunub. Qeyd edək ki, məqalədə əks olunan tədqiqat işləri şöbənin məsləhətçi aqronomu, biologiya üzrə fəlsəfə doktoru, dosent Murad Musayevin rəhbərliyi ilə Azərbaycan Elm Fondunun “Əsas Qrant Müsabiqəsi-2025” müsabiqəsinin qalibi olmuş “Azərbaycan Respublikası ərazisində şoranlaşmış torpaqların amarant bitkisi vasitəsi ilə bərpasının iqtisadi və ekoloji səmərəli texnologiyasının işlənib hazırlanması” adlı layihə çərçivəsində həyata keçirilib.
Məqalədə şoranlaşmış torpaqların bərpasında amarant bitkisindən istifadə imkanları, onun becərilməsinin xüsusiyyətləri, eləcə də bu yanaşmanın iqtisadi və ekoloji səmərəliliyi ilə bağlı aparılmış tədqiqatların nəticələri öz əksini tapıb.