“Dendrologiya bağı” PHŞ-nin əməkdaşı iqlim dəyişmələri fonunda torpaq və ehtiyatlarının qorunmasına dair təlimlərdə iştirak edib
Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsin (PH) “Dendroxronologiya” laboratoriyasının aparıcı mütəxəssisi Şəlalə Məmmədova Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və BP şirkətinin birgə maliyyə dəstəyi ilə keçirilən “Şirvan-Salyan iqtisadi rayonunda iqlim dəyişmələri fonunda torpaq və sudan səmərəli istifadəyə dair maarifləndirmə” layihəsi çərçivəsində təşkil edilən təlimlərdə itirak edib.
Qeyd edək ki, layihə çərçivəsində Hacıqabul, Şirvan, Salyan və Neftçala rayonlarında müxtəlif təlim və maarifləndirici tədbirlər təşkil olunub.
Təlimlər zamanı iqlim dəyişmələrinin ətraf mühitə və kənd təsərrüfatına təsirləri, torpaq ehtiyatlarının qorunması, su resurslarından səmərəli istifadə, suya qənaət edən yanaşmalar və təbii ehtiyatların davamlı idarə olunması ilə bağlı məlumatlar iştirakçılara çatdırılıb.
Tədbirlərdə iştirakçılar mövzu ilə bağlı təqdimatları dinləyib, müzakirələrdə iştirak edib və region üçün aktual olan ekoloji məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Layihə çərçivəsində keçirilən təlimlərdə ekspertlər və mütəxəssislərlə yanaşı, layihə iştirakçıları da fəal şəkildə iştirak ediblər.
Şəlalə Məmmədova da Hacıqabul, Şirvan, Salyan və Neftçala rayonlarında keçirilən bütün təlimlərdə iştirak edib.
Əsas məqsədi iqlim dəyişmələrinin yaratdığı problemlər barədə məlumatlılığın artırılması, torpaq və su ehtiyatlarının qorunması və onlardan daha səmərəli istifadə ilə bağlı düzgün yanaşmaların təşviq edilməsi olan təlimlərin sonunda iştirakçılara layihədə iştiraklarını təsdiq edən sertifikatlar təqdim olunub.