Xəzər rayonunda 27 Sentyabr-Anım Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
Xəzər rayonunda 27 Sentyabr-Anım Günü ilə əlaqədar Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Aksiya Qala qəsəbəsində, Qala-Pirallahı avtomobil yolunun sağ hissəsində təşkil olunub.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisin deputatı Soltan Məmmədov, RİH başçısının müavinləri və Aparatın təmsilçiləri, habelə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində fəaliyyət göstərən “Dendrologiya Bağı” public hüquqi şəxsin (PHŞ) əməkdaşları iştirak ediblər.
Aksiyaya, həmçinin şəhid ailələri, qazilər, müharibə iştirakçıları, idarə və müəssisə rəhbərləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri və ictimaiyyət nümayəndələri qatılıblar.
Aksiya çərçivəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə müxtəlif növ ağaclar əkilib.
Əkilən ağaclara aqrotexniki qulluq göstərilib və ərazidə yaşıllıq zolağının genişləndirilməsi istiqamətində işlər aparılıb.
Tədbir şəhidlərin əziz xatirəsinin yad edilməsi və ətraf mühitin mühafizəsinə töhfə verilməsi məqsədi daşıyıb.