Xəzər Rayon İcra Hakimiyyətinin kollektivi Zəfər parkını ziyarət edib

27 Sentyabr – Anım Günü münasibətilə Xəzər Rayon İcra Hakimiyyətinin kollektivi Zəfər Parkını ziyarət edib. 

Ziyarətdə RİH başçısının müavinləri və aparatın əməkdaşları, şəhid ailələri, qazilər və müharibə iştirakçıları,  idarə və müəssisə rəhbərləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, ictimai birliklərin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib.  Ziyarət zamanı şəhidlərimizin müqəddəs xatirəsinə dərin hörmət və ehtiram ifadə olunub. Zəfər Parkında şəhidlərimizin ruhuna dualar oxunub, onların əziz xatirəsini yad edilib. 

Şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq və onların qəhrəmanlığı heç vaxt unudulmayacaq.
Allah rəhmət eləsin!