Bonn Universitetinin nümayəndələri Dendrologiya bağında olublar

Bakıda səfərdə olan Almaniyanın Bonn Universitetinin əməkdaşları: professor Dr. Maximilian Weigend, Dr. Tim Böhnert, Anne Joßberger, Annett Krämer və Patrick Bartsch Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendologiya bağı” publik hüquqi şəxsdə (PHŞ) olublar. 

Almaniyalı mütəxəssislər və Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbabat Bağı” PHŞ-nin nümayəndələri Dendrologiya bağını ziyarət edərək burada mühafizə olunan müxtəlif bitki və ağac növləri ilə tanış olublar.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” PHŞ İdarə Heyəti sədrinin müavini Samirə Bağırova qonaqlara Dendrologiya bağının  zəngin floristik müxtəlifliyi, nadir və qiymətli bitki nümunələrinin qorunması istiqamətində həyata keçirilən işlər barədə ətraflı məlumat verib. 

Habelə ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması və dendroloji irsin gələcək nəsillərə çatdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb, Dendrologiya Bağının elmi-tədqiqat və ekoloji maarifləndirmə baxımından əhəmiyyəti vurğulanıb. 

Eyni zamanda, bu müəssisənin şəhər mühitində ekoloji tarazlığın qorunması və yaşıllıqların davamlı inkişafındakı mühüm rolu qeyd olunub. 

Görüş zamanı “Dendrologiya bağı” PHŞ-nin elmi fəaliyyəti, beynəlxalq layihələri və aparılan tədqiqat işləri, burada mühafizə olunan və qulluq edilən ağac, bitki, kol və gül növləri barədə geniş məlumat verib.

Qeyd olunub ki, Dendrologiya bağında ölkənin təbii və mədəni flora genefondunun bərpası, bitki ehtiyatlarından səmərəli istifadə, eləcə də uyğunlaşdırma və introduksiya istiqamətlərində geniş tədqiqat işləri aparılır.