“Dendrologiya bağı” PHŞ-nin əməkdaşları LDU-da keçirilən respublika elmi-praktik konfransda iştirak ediblər

Bakı Şəhəri İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsin (PHŞ) əməkdaşları 9 oktyabr 2026-cı il tarixində Lənkəran Dövlət Universitetində keçirilən respublika elmi-praktik konfransda iştirak ediblər. 
“Müasir dövrdə aqroekologiya: aqrar qida, biologiya elmləri kontekstində ekoloji təmiz kənd təsərrüfatı məhsulları” mövzusunda təşkil edilən konfransda “Dendrologiya bağı” PHŞ-nin əməkdaşları biologiya üzrə fəlsəfə doktoru, dosent Murad Musayev, Aydan Ağamalıyeva və Sevinc Yusifova müxtəlif mövzularda elmi məruzə ilə çıxış ediblər. 

Tədbir elmi müəssisələr və ali təhsil ocaqları arasında əməkdaşlığın genişləndirilməsi, aktual ekoloji problemlərin müzakirəsi və elmi tədqiqat nəticələrinin paylaşılması baxımından əhəmiyyət daşıyıb.

Dendrologiya bağının əməkdaşlarının beynəlxalq və yerli elmi tədbirlərdə fəal təmsil olunması dendrologiya, ekologiya və aqroekologiya istiqamətlərində fundamental biliklərin zənginləşməsinə təkan verir.

Bu cür platformalar tədqiqat nəticələrinin elmi ictimaiyyətə operativ çatdırılması və ətraf mühitin mühafizəsi sahəsində qarşılıqlı elmi əməkdaşlığın keyfiyyətcə yeni müstəviyə keçməsinə mühüm töhfə verir.