“Dendrologiya Bağı” PHŞ-nin “Dendroxronologiya” laboratoriyasının əməkdaşı sertifikata layiq görülüb
2023-cü ilin 11-17 iyul tarixində Kiçik və Orta Biznes İnkişaf Agentliyinin (KOBİA) Bakı KOB inkişaf mərkəzi tərəfindən “Mühasibat uçotunun əsasları” təlimləri təşkil edilib.
Təlimlərdə “Dendroxronologiya” laboratoriyasının mütəxəssis-laborantı Zəhra Allahverdiyeva da öz təşəbbüsü ilə iştirak edib.
Təlimlərdə mühasibat uçotu, vergi və patentləşmə ilə əlaqəli mövzularda aktiv fəaliyyətinə görə Zəhra Allahverdiyeva sertifikata layiq görülüb.
Şərhini yaz